Prezident sərəncam imzalayıb
02.03.2016 900 0
Azərbaycan Respublikası Prezidenti Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Qazeta.info prezidentin rəsmi saytına istinadla xəbər verir ki, prezidentin sərəncamı ilə, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 17,4 milyon (on yeddi milyon dörd yüz min) manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə isə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər