Prezident Sərəncam imzalayıb
05.08.2015 812 0
Azərbaycan Respublikası Prezidenti Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Qazeta.info bildirir ki, ölkə başçısının sərəncamında , Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Dini mədəniyyətin inkişafı” fonduna 3,0 (üç) milyon manat ayrılması göstərilib.
Bundan başqa , Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi göstərilib.
Bundan başqa , Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi göstərilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər