Prezident sərəncam imzalayıb
10.03.2015 1123 0.0 0

Qazeta.info APA-ya istinadla bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev “UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 15 sentyabr tarixli sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilib:


                                                      Komissiyanın sədri

Elmar Məmmədyarov, Azərbaycan Respublikasının xarici işlər naziri

 

                                                     Komissiya sədrinin müavinləri


Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
 
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri
 
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
 
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

 

                                                         Komissiyanın üzvləri


Kamal Abdullayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri
 
Novruz Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri
 
Fatma Abdullazadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
 
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri

Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Aslan Aslanov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru

Urxan Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

Samir Nuriyev, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi

Zərifə Salahova, Azərbaycan Kitab Cəmiyyətinin sədri”.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar