Prezident sərəncam imzaladı-Maaşların artırılması ilə əlaqədar
19.01.2016 572 0
Azərbaycan Respublikası Prezidenti dövlət müəssisələrində çalışan bir sıra sahələrin işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi bir neçə sərəncam imzalayıb
Qazeta.info xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Belə ki, Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Daha sonra , ölkə başçısı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılması haqda sərəncam imzalayıb.
Bundan başqa prezidentin növbəti sərəncamı ilə Dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu Sərəncamlardan irəli gələn məsələləri həll etməsi tapşırılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər