Prezident sərəncam imzaladı
28.07.2017 1538 0
Azərbaycan Respublikasının Prezidenti Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qazeta.info bildirir ki, ölkə prezidentinin sərəncamı ilə, iyirmi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon (iki milyon yeddi yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər