Prezident sərəncam imzaladı
15.05.2017 1386 0
Azərbaycan Respublikasının Prezidenti Abşeron rayonunun Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qazeta.info bildirir ki, ölkə başçısının sərəncamı ilə on altı min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon (bir milyon səkkiz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər