Prezident sərəncam imzaladı
18.03.2016 688 0
Azərbaycan Respublikası Prezidenti Bakı şəhəri Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qazeta.info xəbər verir ki , prezidentin sərəncamı ilə səksən altı min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ramana-Maştağa avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılıb.
Daha sonra sərəncamda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməsi öz əksini tapıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər