Prezident sərəncam imzaladı
09.02.2016 1165 0.0 0
 

Qazeta.info xəbər verir ki, prezidentin sərəncamı ilə  Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılıb.

Bundan başqa sərəncamda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi qeyd edilib .


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar