Prezident sərəncam imzaladı
25.12.2015 1025 0
Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncamı
Qazeta.info bildirir ki. ölkə prezidentinin sərəncamı ilə, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşulub.
Daha sonra sərəncamda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi də qeyd edilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər