Prezident sərəncam imzaladı
24.07.2015 702 0.0 0
 

Qazeta.info bildirir ki, Prezidentin verdiyi sərəncamda  Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılsı bildirilib.

Bundan başqa Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazasının iki ay müddətində Mingəçevir Dövlət Universitetinin balansına verilməsini təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin aktlarının, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi öz əksini tapıb.

 

 Daha sonra, mərkəzi icra hakimiyyəti orqanına Mingəçevir Dövlət Universitetinin yaradılması ilə bağlı digər məsələləri həll edilməsi  Ədliyyə Nazirliyinə isə  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməsi əks olunub.

 

Qazeta.info bildirir ki, bu gün Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanda dəyişikliklər edərək,  Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında”  Fərman imzalayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar