Dünən Qarabağ qazisi İlham Məhərrəmovun prezident İlham Əliyevlə fotosu yayıldı.
Qazilər.az saytı İ.Məhərrəmovdan fotonun çəkilməsi məqamını soruşub: “Mən cənab Prezidentin fotosunu çəkmək istəyirdim, özü mənə yaxınlaşdı, fotoaparatı əlimdən alıb köməkçimə verib dedi ki, “bizim şəklimizi çək”. Onun mənimlə görüşünü, şəkil çəkdirməyini tribunadakı tamaşaçılar alqışlarla qarşıladı. Cənab Prezident dedi ki, mənimlə görüşəcək.”
Xatırladaq ki, İ.Məhərrəmov 21 il əvvəl Qarabağ müharibəsində aldığı yaralar səbəbindən elə o vaxtdan əlil arabasındadır. Arabaçı TV-nin yaradıcısı olan qəhrəmanımız o zamanlar Qarabağ da könüllü getmişdir, bu gün də Birinci Avropa Oyunlarında könüllü olaraq çalışır.
Qeyd edək ki, İlham Əliyev dəfələrlə Şəhid ailələrinə, Qarabağ əlillərinə qayğının vacibliyindən danışıb, məmurları bu qəbildən olan insanlara daima diqqətli və ədalətli olmağa səsləyib. Bundan əvvəl isə İ.Əliyev Birinci Avropa Oyunların açılış mərasimində olimpiya məşəlinin alovlandırılmasını 1-ci qrup Qarabağ qazisi (əlili) 2 dəfə paralimpiya oyunları, 2 dəfə dünya, 5 dəfə Avropa çempionu İlham Zəkiyevə etibar etmişdir./anspress/