“Bizim iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər kəskin şəkildə aşağı düşüb və hələ düşməyə davam edir, biz heç bir sosial layihəni ixtisar etməmişik, əksinə sosial-iqtisadi infrastruktur layihələri icra edilir.”
Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Cəlilabad rayonunda Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında deyib.
Dövlət başçısı bildirib ki, bu il bizim iqtisadiyyatımız birinci yarımildə təqribən 6 faiz artıb. Bu, dünya miqyasında, bəlkə də indiki dövrdə ən yüksək göstəricidir: "Qeyri-neft sektorumuz 9 faizdən çox artıb. Bu da ən yüksək göstəricidir. Baxmayaraq ki, bizim iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər kəskin şəkildə aşağı düşüb və hələ düşməyə davam edir, biz heç bir sosial layihəni ixtisar etməmişik, əksinə sosial-iqtisadi infrastruktur layihələri icra olunur.”
Prezident bu il Azərbaycanda kənd təsərrüfatının 7 faizdən çox artdığını da diqqətə çatdırıb və vurğulatıb ki, Azərbaycan bir neçə ilə ərzaq tələbatını 100 faiz səviyyəsində təmin edəcək: "Buna nail olmaq üçün bütün imkanlar var - torpaqlar, texnika, ondan sonra dövlət tərəfindən ayrılan vəsait. Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, “Aqrolizinq” xətti ilə texnika təmin edilir. Yəni, dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin.”/anspress/
İlham Əliyev Cəlilabad sakinləri ilə