Prezident qızını baş nazirin müavini təyin etdi
11.09.2015 807 0
Qazaxıstan prezidentinin böyük qızı Dariqa Nazarbayeva Qazaxıstan baş nazirinin müavini təyin olunub.
“lenta.ru”ya istinadən verilən xəbərə görə, ölkə başçısı tərəfindən imzalanmış fərman prezidentin rəsmi saytında yerləşdirilib. D. Nazarbayevanın hansı sahələrlə məşğul olacağı barədə məlumat verilmir.
Qeyd edək ki, D. Nazarbayeva 2012-ci ilin yanvarında keçirilən seçkilərdə parlamentin aşağı palatasına üzv seçilib. O, sosial-mədəni inkişaf üzrə komitənin sədri olub. Hakimiyyətdəki “Nur Otan” Partiyasının üzvü olan D. Nazarbayeva 2014-cü ilin aprelində parlament sədrinin müavini və hakim partiyanın parlament fraksiyasının rəhbəri seçilib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər