Prezident qaydanı pozdu: Polis cərimə yazdı - FOTO+VİDEO
17.12.2015 525 0
Polis qadağan olunmuş yerdə park etdiyi üçün Polşa prezidentinin avtomobilinin təkərinə blok qoyub.
Anjey Duda özünün qırmızı rəngli avtomobilini Krakovda yerləşən iqamətgahının pəncərəsi önündə - qadağan olunmuş yerdə saxlayıb. Qonşuların məlumatı əsasında hadisə yerinə gələn polislər avtomobilin təkərini blok ediblər.
Bu xəbər bir anda bütün şəhərə yayılıb və sakinlər prezident maşınının qarşısında foto çəkdirməyə can atıblar. Polşa lideri 100 zlot (təxminən 25 dollar) məbləğində cərimə ödədikdən sonra polis avtomobilin təkərindən bloku götürüb./azxeber.com/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər