Prezident pul ayırdı-SƏRƏNCAM
18.02.2016 1009 0
Azərbaycan Respublikası Prezidenti Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qazeta.info bildirir ki, prezidentin imzaladığı sərəncam ilə, Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılıb.
Daha sonra, sənəddə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə isə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi öz əksini tapıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər