Prezident: Nardaranlıların 43 milyon manata yaxın işıq pulu borcu silinib
21.06.2016 731 0
Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə yaranmış 42 milyon 267 min manat borcu silinib.
Məlumata görə, bu barədə Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, elektrik enerjisinin ödənişində problemlər olub: “Əvvəllər elektrik enerjisindən istifadəyə görə ödəniş edilmirdi. Bildirdim ki, yaranmış 43 milyon manat borcu silək, sonra belə hal olmasın. Hazırda Nardaranda elektrik enerjisinin sərfiyyatı da düşüb, artıq elektrik enerjisindən qənaətlə istifadə edilir”.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayına qədər Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min manat borcu yaranıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər