Prezident keçmiş prezidenti toya çağırdı
10.05.2016 1061 0.0 0


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qızı Sümeyye Ərdoğanın toy mərasiminə hazırlaşır. Bu həftəsonu baş tutacaq mərasimdə iştirak etmək üçün artıq qonaqlar dəvət edilib. Onların arasında bir çox siyasi ictimai xadim, o cümlədən 11-ci Türkiyə prezidenti Abdulla Güldə var. 

"Hürriyət"ə istinadla verilən məlumata görə, Ərdoğan sabiq prezidenti şəxsən özü zəng edərək dəvət edib. 

Sümeyye Ərdoğanla Secuk Bayraktarın toy mərasimi mayın 14-də İstanbulda yerləşən Yəhya Kamal Beyatlı Sərgi Mərkəzində baş tutacaq.


İstanbulun ən böyük sərgi mərkəzlərindən biri olan məkan 3 il bundan əvvəl istifadəyə verilib. 30 hektarlıq ərazidə tikilən və Küçükçəkməcə bələdiyyəsinə aid olan mərkəzdə idman turnirləri, teatr, film nümayişləri konsertlər keçirilir. Mərkəz 35 min izləyici tutumuna malikdir. Sərgi salonu Avropanın ən mükəmməl səsə və işıq effektləri ilə təchiz edilib.

 

Mərasimin keçiriləcəyi salon



Sümeyye Ərdoğan Pilotsuz Uçan Aparatlar istehsal edən şirkətin sahibinin oğlu Selçuk Bayraktarla ailə həyatı quracaq. Sümeyye Erdoğan prezidentin 4 övladından biridir. O, 1985-ci ildə anadan olub. 2010-cu ildə hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr və dünya mətbuatında çıxan xəbərlərdən məsul şəxsi qismində çalışır. 

Cütlüyün nişan mərasimi bir neçə gün öncə baş tutub. 

 

Sümeyye Erdoğan və Selçuk Bayraktar

Qeyd edək ki, Türkiyənin sabiq prezidenti Abdulla Gülün oğlu Əhməd Munir Gülün toyu ötən ilin avqustunda baş tutub. Mərasimdə bir çox tanınmış simalar, siyasətçilər, ictimaiyət nümayəndələri ilə yanaşı Ərdoğanda iştirak edib. O, nikahda bəyin şahidlərindən biri olub. Digər şahidlər isə baş nazir Əhməd Davudoğlu və parlamentin spikeri İsmət Yılmaz idi. /anspress/

 

Abdulla Gülün oğlu Əhməd Munir Gülün toyu
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar