Prezident İlham Əliyevin 80-ci illərdə sürdüyü avtomobil — FOTO
18.04.2016 1335 0.0 0

Azərbaycan prezidentinin 1980-ci ildə sürdüyü avtomobilin fotosu yayılıb.

"Komsomilskaya pravda"ya istinadən verilən xəbərə görə, Rusiyanın Lipetsk şəhərində yerləşən "Qaliçya qora" qoruğunda 1975-ci il istehsallı "Ford Qrenada" avtomobili var. Qoruğun əməkdaşları deyirlər ki, bu avtomobili vaxtında Azərbaycanın indiki prezidenti İlham Əliyev idarə edib.

Sözügedən avtomobili Kanada nümayəndə heyəti 1980-ci Olimpiadasında Moskvaya gətirib. Avtomobili Azərbaycanın mərhum prezidenti Heydər Əliyev alıb. İlham Əliyev bu avtomobildə o zaman xeyli vaxt keçirib.

1980-ci illərin ortalarında qoruğun direktoru, qeyri-adi avtomobillərin böyük həvəskarı idi və "Ford Qrenada"nı öz maşınlarından biri ilə dəyişib. Sonra avtomobilin mühərriki və ötürmə qutusu sıradan çıxıb. O vaxtdan maşın qoruqda talvarın yanında dayanır./olke.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar