Prezident İlham Əliyev fərman imzalayıb
29.09.2015 1010 0.0 0

Prezident İlham Əliyev müvafiq fərman imzalayıb

 Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Məlumata görə, fərmana əsasən,  1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704; 2002, № 1, maddə 22; 2004, № 6, maddə 436, № 7, maddə 534; 2005, № 10, maddə 910; 2006, № 7, maddə 588; 2007, № 3, maddə 229; 2014, № 9, maddə 1027)  2-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilməsi qərara alınıb:
 
“Komissiyanın sədri
 
Yaqub Eyyubov Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
 
Komissiyanın üzvləri:
 
Eldar Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
 
Zakir Həsənov Azərbaycan Respublikasının müdafiə naziri
 
Fikrət Məmmədov Azərbaycan Respublikasının ədliyyə naziri
 
Elmar Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri
 
Şahin Mustafayev Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
 
Samir Şərifov Azərbaycan Respublikasının maliyyə naziri
 
Əli Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
 
Hüseynqulu Bağırov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
 
Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri
 
Yavər Camalov Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
 
Vaqif Axundov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi
 
Elçin Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
 
Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
 
Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar