Prezident fərman verib-Qanun martın 1-dən qüvvəyə minir
16.02.2016 6207 0.0 0

Əmək pensiyası, sisial müavinət, sosial xidmət hüquqlarının pozulması, o cümlədən seksual qısnama ilə bağlı inzibati xətalar Azərbaycan Respublikası Prezidentinin xüsusi diqqət mərkəzində olacaq.
 
Məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə 15 fevral 2015-ci il tarixli fərmanında əksini tapıb. Martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsinə əsasən, əmək pensiyasını təyin edən orqan tərəfindən əmək pensiyasının ödənilməsi barədə qərarın “Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş müddətdə qəbul edilməməsinə, əmək pensiyasının təyin olunmasından imtina barədə qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina barədə qərarın həmin qanunda nəzərdə tutulan müddətdə müraciətedənə göndərilməməsinə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyənedilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə, sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya əsassız olaraq dövlət tərəfindən sosial xidmətə götürülməsinə və ya dövlət tərəfindən sosial xidmət göstərilməsi üçün əsaslar olduqda,şəxsin sosial xidmətə götürülməsindən imtina edilməsinə, seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə müvafiq vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulub. Fərmana əsasən, bu müddəalar üzrə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Fərmanda Baş Prokurorluğa tövsiyə edilib ki, həmin inzibati xətalar haqqında işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar