Prezident fərman verdi
23.05.2015 1125 0
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi Qurumu arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi fərman imzalayıb.
Anlaşma Memorandumu 2015-ci il aprelin 2-də Bakıda imzalanıb.
Fərmanla FHN-ə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BƏƏ tərəfinə bildiriş göndərmək tapşırılıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər