Misir prezidenti Əbdülfəttah əl Sisinin dövlət televiziyasındakı çxışı dünya mətbuatında maraqla qarşılanıb. Məlumata görə, onun ölkə iqtisadiyyatına yardım məqsədi ilə “satılmağım mümkün olsaydı özümü satardım” deməsindən sonra internetin məşhur alış-veriş saytı “eBay”da bir istifadəçi Sisinin satışı üçün elan yerləşdirərək onu hərraca çıxarıb.
Artıq hərracda prezidentin satış qiymətinin 100 min doları keçdiyi bildirilir. Bundan başqa, ölkə prezidenti misirliləri ölkəyə yardım etməyə çağırmaqda ittiham edərək ələ salınıb.
Ötən il prezident etdiyi başqa bir çıxışı ilə də yadda qalıb. Belə ki, Sisi Tanrının onu dünya liderlərinə, siyasətçilərə məsləhət vermək üçün göndərildiyini deyib. Bu isə çoxları tərəfindən gülüşlə qarşılanıb.
Misirdə xarici sərmayələrin və turizm gəlirlərinin azalmasından sonra ölkədə vəziyyət ağırlaşıb.
Elanın artıq “eBay!” tərəfindən silindiyi deyilir./anspress/