Prezident Davudoğlu ilə görüşdü
25.08.2015 634 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğluna mandat təqdim edib.

Məlumata görə, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Görüş bir saat yarım çəkib və prezident Davudoğluna parlament seçkilərinə qədər fəaliyyət göstərəcək müvəqqəti hökumət qurmağı tapşırıb. 

 


Rəcəb Tayyib Ərdoğan və Əhməd davudoğlu görüşü


Mandatı aldıqdan sonra Əhməd Davudoğlu 5 gün ərzində hökumət qurmalıdır. Amma bu səsvermə yolu ilə həyata keçirilməyəcək.

Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) növbədənkənar seçkiyədək ölkəni idarə edəcək hökumətdə təmsil olunmayacaqlarını əvvəldən bəyan ediblər. Ona görə də müvəqqəti hökumətin AKP, Xalqların Demokratik Partiyası (HDP) və tərəfsiz millət vəkillərindən qurulacağı gözlənilir.

Türkiyə prezidentinin təcili parlament seçkilərinin keçirilməsinə dair qərarı barədə məlumat daha öncə dövlət başçısının rəsmi saytında dərc edilib. Seçkilərin noyabrın 1-də baş tutacağı gözlənilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar