Prezident: Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir
25.06.2016 683 0.0 0

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir. Bununla belə, ölkəmiz diplomatik və siyasi səylərini davam etdirəcək”.
 
Məlumata görə, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə deyib. 
 
Dövlət başçısı bildirib ki, işğalçı Ermənistana beynəlxalq təzyiq artanda daim təxribata əl atır: “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Münaqişə mərhələli şəkildə həll olunmalıdır. Vyana görüşündə Ermənistanın şərtləri qəbul edilmədi. Sankt-Peterburq görüşünün müsbət nəticələri var”.
 
Prezident İlham Əliyev bildirib ki, ordu quruculuğuna bundan sonra da xüsusi diqqət yetiriləcək: “Azərbaycan ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar