Qazeta.info bildirir ki, ölkə başçısının sərəncamı ilə Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılması öz əksini tapıb.
Zaqatalada abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 12 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon, o cümlədən 12 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılsın."
Qazeta.info bildirir ki, sərəncamda deyilir : "Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri hesab edilən Şəki şəhərində son illərdə mühüm infrastruktur və sosial yönümlü layihələr həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Şəki Məhkəmələr Kompleksi, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün 114 mənzilli 4 yaşayış binası inşa edilmiş, Şəki Dövlət Dram Teatrının binası, 3500 yerlik şəhər stadionu yenidən qurulmuş, bir sıra tarixi və mədəniyyət abidələri bərpa olunmuş, müasir tələblərə cavab verən yeni turizm obyektləri, emal və istehsal müəssisələri, modul tipli elektrik stansiyası tikilərək istifadəyə verilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şəki şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1.Şəki şəhərində abadlıq-quruculuq işlərinin daha da sürətləndirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın."
Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yuxarıda qeyd edilən Sərəncamların 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin olunması öz əksini tapıb.