Prezident Bakıda sərgi açılışında iştirak edib
02.06.2015 699 0.0 0

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 2-də Bakı Sərgi Mərkəzində XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılışında iştirak ediblər.

Sərgini Böyük Britaniyanın “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vud açdı.

Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyib.

London şəhərinin Lord meri Alderman Alan Yarrou Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun təbrik məktubunu oxunub.

Sonra Polşa Baş nazirinin müavini Yanuş Pexoçinski və İraqın neft naziri Adil Əbdülmehdi çıxış etdilər.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış olublar.

Daha sonra ölkə başçısına məlumat verilib ki, dünyanın 27 ölkəsindən 315 şirkətin iştirak etdiyi sərginin ekspozisiyası neft hasilatı və enerji daşıyıcılarının nəql edilməsi sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması sistemlərinin təmin olunması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi imkanları və sair tematik bölmələrdən ibarətdir. Sərgi çərçivəsində ilk dəfə olaraq “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda rəsm sərgisi də keçirilir.

Sərgi və konfransın təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edir.

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar