Dağıstanın Prezident Administrasiyası ötən həftə Dərbəndə 400-ə yaxın Azərbaycan vətəndaşının hüquq-mühafizə orqanları tərəfindən saxlanılması məsələsinə münasibət bildirib.
Qurumdan bildirilib ki, həmin şəxslər artıq sərbəst buraxılıblar:
"Azərbaycan vətəndaşları işləmək icazəsi və qeydiyyat sənədləri qaydasında olmadığı üçün saxlanılaraq, Dərbəndə gətirildilər. Sənədləri qaydasına düşdükdən sonra isə fevralın 12-də sərbəst buraxıldılar. Saxlanılan şəxslərin sayı isə 400 deyil, 200 nəfər olub”.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu isə məsələ ilə bağlı edilən zənglərimizə cavab verməyib.
Xatırladaq ki, Rusiyanın Dağıstan Respublikasında 400-ə yaxın Azərbaycan vətəndaşının 4 gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə video yayılıb./Publika.az/