Prezident açılışda-Fotolar
03.06.2015 733 0.0 0
Yaxın zamanlarda daha 6 stansiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Gələcəkdə bu stansiyaların sayının artırılaraq ölkə üzrə hər 120 kilometrdən bir quraşdırılacağı planlaşdırılır.

Prezident İlham Əliyev Təlim Mərkəzinin inzibati binasında yaradılan şəraitə də baxdı. Binada treninq mərkəzinin sinifləri, yeməkxana və digər inzibati otaqlar var. Burada çalışacaq işçilər üçün avtobus istehsalçıları tərəfindən xüsusi treninqlər və peşəartırma kursları təşkil edilib. Ərazidə ehtiyat hissələri və yay-qış təkərlərinin saxlanılması üçün yerlər, eyni zamanda, növbəli iş rejimində işləyən usta və əməkdaşlar üçün istirahət və qalma yerləri var. Bundan əlavə, ətraf mühitin və işçi heyətin sağlamlığının qorunması üçün yağdəyişmə, digər atqı və sürtkü materialları birbaşa təmas olmadan separatorlarda ayrılaraq xüsusi çənlərdə toplanır. Burada yaradılan şərait avtobus parkının fəaliyyətini beynəlxalq təcrübəyə əsaslanaraq qurmağa geniş imkanlar açır. Sürücülərə xüsusi geyim formaları veriləcək, onların səhər işə çıxmazdan əvvəl “Bakubus” MMC-nin həkimləri tərəfindən yoxlanılması, avtobuslara gecə növbəsində həm texniki baxışın keçirilməsi, həm də nasazlığın aradan qaldırılması təmin olunacaq. Avtobuslar hər gün avtomatik yuyulacaq və mexaniki təmizlənib dezinfeksiya ediləcək. Avtobus sürücüləri ikinövbəli sistemdə işləyərək davamlı attestasiya və təlimlərdə olacaqlar.
 
 
 
 
 
 
 
 
 
 
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar