Prezident ABŞ-da tıxaca düşdü-FOTO
31.03.2016 946 0.0 0

Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-da olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tıxaca düşüb. Türkiyə mətbuatına istinadla verilən məlumata görə, polisə yolu bağlamaq təlimatı verilib. 

Lakin polis yanlışlıqla prezident Ərdoğanın keçəcəyi yolu bağlayıb. Prezidentin karvanı bu zaman türk və amerikalı iş adamları ilə nahara gedirmiş. Amerika polisinin səhv yolu bağlaması nəticəsində dövlət başçısının maşın karvanı bir müddət tıxacda qalmalı olub. 

Yanlışlığın fərqinə varan polislər yolu yenidən açıblar. Ərdoğanın maşını yalnız bundan sonra yoluna davam edə bilib. 

 

          

Con Kerri və Rəcəb Tayyib Ərdoğan

Sammitdə iştirak etmək üçün iki gün öncə ABŞ-a səfər edən Ərdoğan ötən gün dövlət katibi Con Kerri ilə görüşüb. Görüşdə Suriya, İraq məsələləri, terror müzakirə edilib. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar