Prezident: `Azərbaycan etibarlı tərəfdaş kimi tanınır`
31.05.2017 947 0.0 0

"Bu sərginin Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Bu, onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır".
 
Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib.
 
Dövlət başçısı deyib ki, bu sərgidə 300 şirkət iştirak edir: "Birinci sərgi ölkəmizi dünyada tanıtdırmaq üçün mühüm rol oynamışdı. O zaman Azərbaycanı tanımırdılar. Sərgi ölkəmizin neft-qaz potensialını təqdim etmək üçün əvəzsiz rol oynayıb. Azərbaycan investorlarla qarşılıqlı fayda əsasında etibarlı tərəfdaşlıq qurub. Bu gözəl format bu gün digər sahələrdə də özünü büruzə verir. Bu gün bizim əsas prioritet qeyri-neft sektorudur. Xarici tərəfdaşlarla iş təcrübəmizi qeyri-neft sektoruna da tətbiq etməyə çalışırıq".

 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan neft ölkəsidir, ilk neft 1846-cı ildə çıxarılıb: "Yeni tarixi sənədlər üzə çıxıb. Bu sənədlər göstərir ki, 1846-cı ildə Bibiheybətdə ilk neft quyusu qazılıb. Bu il biz o ərazidə köhnə neft quyusunun abidəsini ucaltdıq. Keçən əsrin ortalarında isə Xəzərdə ilk dəfə dənizdə neft çıxarılıb. Dənizdə neft hasilatının da vətəni Azərbaycandır".
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan neftçilərinin faşizm üzərində qələbədə rolu böyükdür./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar