Qazeta.info-nun məlumatına görə, ölkə başçısının sərəncamında , Azərbaycan Respublikasının regionlarında yaşayan əhaliyə dövlət orqanları tərəfindən xidmətlərin keyfiyyətli, rahat və müasir innovasiyaları tətbiq etməklə göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” mərkəzinin tikilməsi üçün ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılması öz əksini tapıb.
Bundan başqa bildirək ki, sərəncamla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin olunması göstərilib.