Prezident 2,1 milyon manat pul ayırdı-SƏRƏNCAM
16.06.2016 1258 0
Azərbaycan Respublikası Prezidenti Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qazeta.info bildirir ki, prezidentin sərəncamına əsasən on min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon (iki milyon bir yüz min) manat ayrılıb.
Məlumata görə, sərəncamda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər