PREZİDENT YENƏ DƏ FƏXRİ ADLAR VERDİ
19.12.2014 792 0.0 0

Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”

Aliomarov Maqomed Aliomaroviç
Cəfərov Vaqif Məmmədəli oğlu
Həsənov Musa Süleyman oğlu
İsmayılov Çingiz Məmməd oğlu

“Əməkdar Müəllim”

Atakişiyev Akif Əli oğlu
Şahbazov Şəmsəddin İbrahim oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib:

Həsənov Rafiq Binnət oğlu
Useynov Məmməd Mir Bağır oğlu

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.//AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar