PREZİDENT RUSİYALI KOMUNİSTLƏRLƏ GÖRÜŞDÜ
09.02.2015 1016 0
Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərini böyük ehtiramla yada salan Gennadi Züqanov H.Əliyevin Moskvada yüksək dövlət vəzifəsində olduğu zaman onun rəhbərliyi altında çalışmasını və onunla səmimi münasibətlər qurulmasını xatırladıb.

Bundan başqa, prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrə toxunan Gennadi Züqanov həmin illərdə nümayəndə heyətləri arasında sıx əməkdaşlığın həyata keçirildiyini vurğulayıb və Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan nümayəndə heyətinin Rusiya nümayəndə heyətinə verdiyi dəstəyin ölkəsində yüksək qiymətləndirildiyini deyib. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsinin Rusiyada maraqla izlənildiyini deyən Gennadi Züqanov ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu bildirib. Bakını dünyanın inkişaf etmiş şəhərləri ilə müqayisə edən G.Züqanov paytaxtımızda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev və ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı dediyi xoş sözlərə görə Gennadi Züqanova təşəkkürünü bildirib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrü xatırlayan dövlətimizin başçısı ölkəmizin bu quruma üzv olduğu ilk günlərdən başlayaraq Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında qarşılıqlı dəstəyin və səmərəli əməkdaşlığın yaradıldığını dedi və həmin təşkilat çərçivəsində əlaqələrimizin bu gün də bu prinsiplər əsasında davam etdirildiyini vurğulayıb.
Daha sonra bildirək ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da dərinləşəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Gennadi Züqanov Rusiya Federasiyası Kommunist Partiyasının xatirə ordenini Prezident İlham Əliyevə təqdim edib.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər