Prezident təbrikdə ,İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edib və səmimi arzu və diləklərimi bildirib.
Daha sonra təbrikdə,tarixən Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri qarşılıqlı anlaşma və hörmət şəraitində, əmin-amanlıq, dostluq və qardaşlıq mühitində yaşamalarına diqqət çəkib.
Azərbaycan dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik ölkə kimi tanındığınıbildirən dövlət başçısı, bu gün milli-tarixi irsin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən biridir deyə vurğulayıb.
Daha sonra ölkə başçısı təbrikdə,xristian icmasının ərazi bütövlüyümüzün qorunmasında, vətəndaş cəmiyyəti quruculuğunda, respublikamızın inkişafı və tərəqqisi naminə aparılan böyük quruculuq işlərində yaxından və fəal iştirak etdiyini bildirib.
"Özündə yeniliyi, həmrəyliyi və əmin-amanlığı təcəssüm etdirən Milad bayramı xristian icması tərəfindən hər il ölkəmizdə yüksək əhval-ruhiyyə və təntənə ilə qeyd olunur. Bu əziz gün münasibətilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram." deyə prezidentin məktubunda qeyd olunub