Prezident İlham Əliyev Berlində Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.
Görüşdə Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa töhfə verdiyi qeyd olundu, digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırlatdı, həmin səfərin məhsuldar olduğunu bildirib.
Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşünün önəmi qeyd edildi.
Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması baxımından bu görüşün əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi, parlamentlərarası əlaqələrin bu prosesə mühüm töhfə verdiyi bildirildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Dövlət başçısı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Almaniya arasında energetika sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, yeni alman şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı da müzakirə olundu. Bundan əlavə, ölkələrimizin parlamentlərarası əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası və Avropa İttifaqında əməkdaşlıq, “Şərq tərəfdaşlığı” Proqramında iştirakla bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Bu əlaqələrdə Azərbaycana münasibətin ədalətli olmasının zəruriliyi vurğulandı.