Prankerlər respublikaçı senatoru ələ saldılar
11.10.2019 481 0
Prankerlər Vovan və Leksus bu dəfə respublikaçı senator Lindsi Qremi dolayıb.
“Report” “Politico”ya istinadən xəbər verir ki, rusiyalı prankerlərdən biri avqustda senatorla Türkiyənin müdafiə naziri Hulusi Akar adından danışıb.
Senatorun ofisi faktı artıq təsdiq edib.
Qeyd olunub ki, Leksus səs yazılarını siyasətçi nümayəndələrilə paylaşıb.
Səs yazılarından anlaşılır ki, Qrem kürd problemi ilə əlaqədar Türkiyəyə rəğbət bəsləyir. Bundan əlavə, senator prankerlə söhbətində kürdləri təhdid adlandırıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər