Potensial sürəti 1600 km/saat olan avtomobil sınaqdan keçirilib - VİDEO
27.10.2017 1039 0.0 0

Ötən gün İngiltərənin Kornuoll yarımadasının Nyukvey şəhərciyinin aerodromunda səsdən sürətli "Bloodhound Supersonic Car" avtomobilinin ilk sınağı baş tutub.

Qazeta.info “Report”-a istinadla  xəbər verir ki, avtomobilin sınağına 3 mindən çox insan tamaşa edib.

Raketə bənzər "Bloodhound SSC" bolidi sınaq zamanı 322 km/saat sürət yığıb. Avtomobil yuxarıda göstərilən sürətə 8 saniyəyə çatıb. Maşına 135 min at gücündə olan "Eurofighter Typhoon" qırıcısının mühərriki qoyulub.

Bir neçə ildən sonra avtomobilin sürətinin 1600 km/saata çatdırılması planlaşdırılır ki, bu da səsin sürətini üç dəfə üstələyir.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar