Poroşenko ifadə verməkdən imtina edib
31.01.2022 304 0
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ifadə verməkdən imtina edib.
"Ukrinform"a istinadən verilən xəbərə görə, sabiq prezident müstəntiqə ifadə verməkdən imtina edib və Dövlət İstintaq Bürosunu tərk edib.
Bildirilib ki, Poroşenko sənədləşdirilmiş protokolu imzalamayıb.
Poroşenkonun Dövlət İstintaq Bürosuna növbəti çağırış tarixi daha sonra açıqlanacaq.
Xatırladaq ki, dövlətə xəyanətdə ittiham olunan Poroşenko Donbasın separatçıların nəzarəti altında olan hissəsindən daş kömür alınması ilə bağlı açılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər