Poroşenko cırıq corab geyindi, biabır oldu-FOTO
09.07.2016 821 0.0 0

Polşanın paytaxtı Varşavada keçirilən NATO sammitinə qatılan Ukrayna prezidenti Pyotr Poroşenko sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Buna səbəb isə onun geyimi olub. Daha doğrusu, Ukrayna prezidenti Pyotr Poroşenko Varşavaya cırıq corabla gedib.

Məlumata görə, Varşavada Ali Radanın deputatı Nadejda Savçenko ilə birlikdə  Volınsk faciəsi qurbanlarının xatirəsini yad edən Poroşenko əklil qoymaq üçün dizüstə çöküb. Bu zaman Poroşenkonun şəkli çəkilib.

Daha sonra həmin şəkil sosial çəbəkədə yayılıb. Fotoda onun sol ayağındakı corabın arxa hissəsinin deşildiyi görünüb. Məhz həmin görüntü geniş müzakirələrə səbəb olub.


Bir müddət əvvəl də Poroşenko geyiminə görə qınaq obyekti olmuşdu. Belə ki, o, ABŞ-ın prezidenti Barak Obama ilə görüşə qırışıq kostyumla getmişdi. 

Apreldə baş tutan görüşdən fotonu isə prezident administrasiyası özü rəsmi "Twitter" və "Facebook" hesablarında paylaşmışdı./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar