Poroşenko BMT sülhməramlılarını təklif edib
19.02.2015 1033 0
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəyə BMT-nin sülhməramlı qüvvələrinin yeridilməsini təklif edib.
“Gazeta.ru”-nun məlumatına görə, bu barədə ölkə başçısı Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında bildirib.
“Əldə edilmiş razılaşmaların yerinə yetirilmədiyini əvvəlcədən təxmin edərək, mən bu məsələni Minsk danışıqlarında Fransa və Rusiya prezidentləri, habelə Almaniyanın kansleri ilə müzakirə etmişəm. Bugünkü qərardan sonra, mən ümidvaram ki qərar qəbul olunacaq, biz rəsmi olaraq bu məsələ ilə bağlı tərəfdaşlarımızla sülhü təmin edəcək məsləhətləşmələrə başlayacağıq”, deyə P.Poroşenko bildirib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər