Pompeo: `Tramp və Zelenskinin danışığı məxfidir`
23.09.2019 476 0.0 0

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin iyuldakı telefon danışığının məzmunu ciddi məxfi xarakter daşıyır. Buna görə Dövlət Departamenti onun stenoqramını dərc etməyəcək.

TASS-a istinadən xəbər verilir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo ABC televiziya şirkətinin efirində bildirib.

"Siz bilirsiniz ki, biz (Dövlət Departamenti-red) son dərəcə nadir hallarda stenoqramın mətnini açıqlayırıq. Dünya liderlərinin danışıqları məxfi xarakteri daşıyır. Hansısa ekstremal şəraitdən başqa belə (mətni açıqlamaq -red) hərəkət etmək yersizdir", - deyə xarici siyasət idarəsinin başçısı qeyd edib.

Onun nöqteyi-nəzərincə, Tramp və Zelenskinin telefon danışığı bu kateqoriyaya aid deyil. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar