Polşalı parlamentarilər Xocalı faciəsi ilə bağlı tədbirə qatılacaqlar
05.02.2016 417 0.0 0

Polşalı parlamentarilər Xocalı faciəsi ilə bağlı tədbirə qatılacaqlar.
 
Məlumata görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr departamentinin eksperti Toğrul Məmmədli bildirib.
 
Ekspertin sözlərinə görə, Xocalı faciəsinin 24-cü il dönümü ərəfəsində Azərbaycanın Polşadakı səfirliyi, Polşa-Azərbaycan Assosiasiyası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçiriləcək anım tədbirinə, Polşanın hakim Qanun və Ədalət Partiyasının deputatlarından ibarət nümayəndə heyəti video-konfrans vasitəsilə qatılacaqlar.
 
Bildirilib ki, məlumatlandırıcı tədbirlərin sayının artırılması Xocalı soyqırımının beynəlxalq aləmdə kimi tanıdılmasına yardım edə bilər.
 
Xatırladaq ki, Xocalı soyqırımının tanıdılması istiqamətində beynəlxalq tədbirlər 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya Ədalət” (Justice for Khojaly) beynəlxalq kampaniyası çərçivəsində keçirilir. Bu günə qədər 10-dək ölkə, ABŞ-ın bir neçə ştatı və müxtəlif beynəlxalq təşkilatlar Xocalı faciəsini rəsmi olaraq tanıyıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar