Polşada NATO batalyonunun yerləşdirilməsinə başlanılıb
23.11.2016 712 0.0 0

Polşada NATO-nun 1200 nəfərlik batalyonunun yerləşdirilməsinə başlanılıb. Prosesin 2017-ci ilin yanvarında başa çatacağı gözlənilir.
 
 “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Antoni Maçereviç bildirib.  
 
İsraildə səfərdə olan nazir jurnalistlərə Polşada NATO-nun 1200 hərbçisinin yerləşdiriləcəyini bildirib. Onlardan 1000 nəfərinin amerikalı olacağı bildirilir. “Onların dislokasiyası başlayıb. Yanvarda başa çatmalıdır”,  – deyə  nazir bildirib.
 
Nazir batalyonun Ojijedə yerləşdiriləcəyini xatırladıb: “Alyansın şərq cinahında bütün batalyonların fəaliyyətinə rəhbərlik edəcək mənzil-qərargahı Polşanən Elblonq şəhərində yerləşəcək. Amerikalılardan başqa batalyonun tərkibində rumıniyalı və britaniyalı hərbçilər də xidmət çəkəcək”.    
 
NATo batalyonunun istifadəsinə Polşanın “RT-91” tanklarının veriləcəyi bildirilir.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar