Polşa prezidenti Holokost haqqında qanun imzalayıb
07.02.2018 738 0.0 0

Polşa prezidenti Andjey Duda "Polşa ölüm düşərgələri" formulundan istifadə və Polşa millətinin Holokostda iştirakı haqqında digər faktların yayılmasına görə cəza tətbiqi nəzərdə tutan Milli yaddaş institutu haqqında yenilənmiş qanunu imzalayıb.

TASS-a istinadən xəbər verilir ki, bunu çərşənbə axşamı dövlət başçısının mətbuat katibi Kşiştof Lapinski deyib.

İsrail tərəfi bu qanunu Holokost qurbanlarının ifadəsinə görə cəza tətbiq etmək üçün bir fürsət kimi qəbul edib. Yəhudi dövlətində hesab edirlər ki, bu, söz azadlığını məhdudlaşdıracaq və II Dünya müharibəsi illərində yəhudilərə qarşı törədilmiş cinayətlər haqqında açıq müzakirələrin aparılmasını mümkünsüz edəcək. Halbuki, bu cinayətlərin törədilməsində polşalılarında iştirakına dair faktlar var./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar