Polisi öldürən azərbaycanlılara iş kəsildi (VİDEO)
24.11.2015 564 0.0 0

Rusiya polisini öldürdüklərinə görə, məhkəmə üç azərbaycanlıya hökm oxuyub.

Məlumata görə, ötən il noyabr ayının 19-da polis əməkdaşını öldürən üç azərbaycanlıya bu gün hökm oxunub.

Belə ki, ən çox iş Samir Babayevə kəsilib. O, 9 il həbs cəzası alıb. İstintaqın versiyasına görə, Babayev polisə ilk zərbəni vurub yerə yıxdıqdan sonra onu döyməyə başlayıb.

Cinayət yerində olan ikinci azərbaycanlı Sərraf Babayev də zərəçəkəni döyüb. Ona bu cinayətə görə yeddi il iş kəsilib.

Üçüncü şəxs İsmayıl Babayevə məhkəmə bəraət qazandırıb. İttiham edilən daha iki nəfər həlak olanın ailəsinə 1000 qrivin (44 manat) cərimə ödəyəcəklər.

Lakin ölən polis əməkdaşının ailəsi məhkəmənin hökmü ilə razı olmadığından apelyasiya məhkəməsinə müraciət etmək niyyətindədir.

Hadisə keçən il noyabrın 19-da gecə klublarından birində baş verib. Belə ki, 26 yaşlı DYP-in inspektoru Oleq Torba və üç azərbaycanlı arasında söyüş üstündə mübahisə düşüb.

Əvvəlcə sözlə bir-birilərini təhqir edən gənclər, daha sonra əlbəyaxa olublar. Oleq həmin yerdən qaçaraq canını qurtarmaq istəyib. Lakin üç dost onun ardınca qaçaraq onu yerə yıxıb ayaqla təpikləməyə başlayıblar.

Huşunu itirən polis əməkdaşını hadisə yerində qoyub qaçan azərbaycanlılar daha sonra polis əməkdaşları tərəfindən tutulublar. Zərərçəkən Oleq isə təcili yardım maşınında xəstəxanaya aparılsa da, o, maşındaca keçinib.

Analoji hal bu ilin may ayının 25-də olub. Belə ki, Moskvada polis əməkdaşını öldürən 25 yaşlı azərbaycanlı Rəşidov Nemət İlham oğlu tutularaq, məsuliyyətə cəlb olunub. O, hadisəni törətdiyini etiraf edib. Rusiya mətbuatından verilən məlumata görə, ona 20 il, ya da ömürlük iş cəzası kəsiləcək./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar