Polisə tabeçilik göstərməyən şəxsin avtomobilindən və evindən külli miqdarda narkotik və silah-sursat götürülüb
Qazeta.info bildirir ki, Martın 30-da saat 12 radələrində Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan “Kia” markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb etmişdir. Tabeçilik göstərməmiş S.Əliyev avtomobili hərəkətə gətirib A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra düşərək hadisə yerini tərk etmişdir.
A.Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.