Polis şöbəsində intihara cəhdlə bağlı - DİN-dən açıqlama
20.02.2016 576 0.0 0

Şirvan Şəhər Polis Şöbəsində intihara cəhd olub.

Qazeta.info “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə dünən baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Pərviz Əziz oğlu Muradov polis şöbəsində özünü bıçaqlayıb. O, qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə dünən axşam Şirvan şəhər Xəstəxanasına çatdırılıb. Hazırda polis müşayiəti altında müalicəsi davam etdirilir. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə  açıqlamasında bildirib ki, daha əvvəl də iki dəfə məhkumluq həyatı yaşamış Pərviz Muradov Şirvan şəhər sakini olan bir qadının müraciətindən sonra saxlanılıb. Qadın ərizəsində adıçəkilən şəxsin onu döyərək soyğunçuluq yolu 230 manat pulunu aldığını qeyd edib. 

“Polis əməkdaşları Pərviz Muradovun saxlanılması üçün əməliyyat tədbiri keçirib. Saxlanılan zaman o cibindən kustar üsulla hazırlanan bıçaq çıxararaq qarın nahiyyəsinə daxilə nüfuz etməyən yüngül xəsarət yetirib. O, qeyd edildiyi kimi özünü şöbədə bıçaqlamayıb. Hazırda həmin faktla bağlı araşdırma davam etdirilir”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar