Polisə müqavimət göstərən sərxoş qadın (VİDEO)
03.07.2015 868 0.0 0

Yol Patrul Ximdəti tərəfindən saxlanılan bu xanım sürücünün içkili halda sükan arxasına keçdiyi müəyyən edilib. Mərdəkan qəsəbəsi ərazisində hərəkətdən uzaqlaşdıran 31 yaşlı Cəfərova Aygün Vaqif qızı hər vəclə öz əməlinə haqq qazandırmağa çalışırdı. 

Polis əməkdaşlarının ona sərxoşluq müayinəsi təklif etməsi isə xanım sürücünü lap özündən çıxardı. Sənədi təhvil verməkdən və maşını tərk etməkdən boyun qaçıran Ayğun Cəfərovanın ərazidən uzaqlaşdırılması üçün isə əlavə köməyə ehtiyyac yarandı.

ANS-TV -nin məlumatına görə, “Dəfələrlə manevr qaydasını pozduğuna görə, sürücü tərəfimizdən saxlanılıb. Sürcüdən sənədləri tələb edən zaman onun sərxoş olduğu məlum olub. Avtomobili idarə edən sürücü özü də etiraf etdi ki, sərxoşdur və spirtli içki qəbul edib. Eyni zamanda da heç bir sənədi yoxdur. Qanuna tabe olmadığına görə, köməyə Post Paturul Xidmətinin əməkdaşını çağırmışıq”, – deyə YPX-nin əməkdaşı Cavanşir Qasımov bildirib.

Post Patrul Xidməti əməkdaşlarının köməyilə maşından düşürülən qadın sürücü, daha sonra sərxoşluq müayinə aparılıdı. Müayinə zamanı isə onun oşxar əməlinin də üstü açıldı.

“Avtomobili idarə edən xanım bir dəfədə sərxoş vəziyyətdə avtomobili idarə etdiyinə görə yol polisi tərəfindən protokol tərtib olunub. Həmin xanım təkrarən tərəfimizdən saxlanılaraq həkim müayinəsinə gətirilib. Müayinə zamanı xanım orta dərəcəli sərxoş olduğu məlum olub”, – deyə Cavanşir Qasımov qeyd edib. 

Sənədi alınan sürücü barəsində cərimə protokolu tərtib olunmaqla yanaşı ona məxsus avtomobil müvəqqəti dayanacaqa təmin edildi. 

Görünən isə odur ki, Ayğun Cəfərova bu gedişlə sürücülük hüququndan da məhrum ediləcək./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar