Polis `Qazeta.info` -nun rəhbərini döydü- FOTO
20.10.2019 834 0.0 0

Bu gün Milli Şuranın mitinqi zamanı öz peşə fəaliyyətini yerinə yetirənkən Qazeta.info saytının rəhbəri saxlanılaraq polis tərəfindən döyülüb.

Qazeta.info xəbər verir ki, bu gün Milli Şuranın "28 May" metrosu qarşısında keçirmək istədiyi mitingi çəkərkən, Qazeta.info saytının rəhbəri Heydər Çobanzadə polis tərəfindən fiziki təsirə məruz qalaraq saxlanılıb. Aksiya zamanı bir neçə polis əməkdaşı H. Çobanzadəni polis mikroavtobusa apararaq orada saxlanılan digər vətəndaşların gözü önündə döyüb. Daha sonra polislər H.Çobanzadənin telefon parolunu tələb etsələr də onu əldə edə bilməyiblər.

 Sonra o, 37 ci polis bölməsinə aparılaraq, telefonu suya salınaraq sıradan çıxarılıb və polisdə 2-3 saat saxladıqdan sonra sərbəst buraxlıb.

Xatırladaq ki, polis H.Çobanzadəyə polisləri çəkdiyini irad tutaraq, jurnalist vəsiqəsini yoxlayıb, mətbuat nümayəndəsi olduğunu bilə- bilə saxlayıblar.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar